Qəfil geomaqnit qasırğası başlayıb

27 Mart, 13:05

Bu gün qəfil geomaqnit qasırğası başlayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here