Orqanizmdəki xərçəng bir damla qanla müəyyən ediləcək

11 Mart, 19:30

Nature Genetics jurnalında nəşr olunan məqalədə, ABŞ-ın Kaliforniya ştatındakı bioloqların inkişaf etdirdikləri qan analiz üsuluyla xərçəng hüceyrələrinin izlərinin təsbit olunduğu və şişin ən erkən yaranma mərhələlərində olduğu yerdə lokallaşdırıldığı açıqlanıb.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, Kaliforniya ştatındakı San Dieqo Universitetinin alimlərindən Kun Janq elmin yeni nəaliyyəti barədə belə danışıb: “Əvvəllər adi üsulla bədəndə xərçəng hüceyrələrinin izlərini axtarıb, harada yarandıqlarını başa düşməyə çalışırdıq. Digər hüceyrələrin göndərdiyi kimyəvi siqnalları müəyyən etdiyimiz vaxt, bu kombinasiyaların bədəndə şiş mövcudluğunu və bədənin harasında olmasını öyrənməyə imkan verdiyini başa düşdük”.

Amerikalı bioloq iki il əvvəl amerikalı və avropalı tibb mütəxəssislərinin ixtira etdirdiyi erkən diaqnoza qarşı qan analizi üsulu ilə bədəndəki şişin dəqiq müəyyən edilməsinə başlandığını bildirib. O, ancaq bu üsulun şişin dəqiq harada tapılmasının müəyyən edə bilmədiyini qeyd edir. K.Janq rəhbərlik etdiyi araşdırma qrupunun isə insan bədənindəki hər toxumanın DNT molekullarının səthində “epigenetik işarələr” kimi tanınan kimyəvi etiketlərin olduğunu aşkar etdiklərini söyləyib.

Bioloqlar bədənin 10 müxtəlif orqan və toxumalarından götürülən xərçəng hüceyrə nümunələrindəki kimyəvi etiketləri hesablayaraq, qandakı xərçəng izlərinin yarandığı yerin aşkar edilməsinə imkan verən bir alqoritm hazırlayıblar.

Alqoritmin işini Kaliforniya Universitetində müalicə alan xəstələrindən götürülən qan nümunələrini analiz edən bioloqlar, hətta şişdəki metastaz mərhələsinin başlandığı vəziyyətlərdə xərçəngin başlanğıc yerini 82-90% nisbətiylə müvəffəqiyyətlə müəyyən edə biliblər.

Alimlər bu yeni üsul ilə erkən və qəti diaqnoz qoymaqla xərçəng xəstələrindəki ölüm nisbətini azalda biləcəklərinə ümid edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here