İngiltərə şahzədəsinə SUİ-QƏSD cəhdi – Təyyarəsini vurmaq istədilər

0
313643

İngiltərə şahzadəsi Uilyam vertolyotu pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub. Polis vertolyotda Uilyam olmasa da, hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başlayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə İngiltərənin Daily Mail qəzeti məlumat verib. Qəzetin məlumatına görə, təhlükə anında yerdən təxminən 600 metr yüksəklikdə olan vertolyotla pilotsuz uçuş aparatının qarşı-qarşıya gəldiyi olayda pilotun bacarığı qəzanın baş verməsini əngəlləyib.

Vertolyotun qorxunc qəzadan yarım saniyəlik fərqlə xilas olduğu qeyd edilir. Uilyam o məqamda vertolyotda olmasa da, yaşananların şahzadəyə qarşı bir sui-qəsd cəhdi ola biləcəyi gündəmə gəlib. Çünki mütəxəssislər pilotsuz uçuş aparatının vertolyotu partlada biləcək gücdə olduğunu və qəzada bütün ekipajın ölmüş olacağını iddia edirlər.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here