Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
VOİCEPRESS erməni KİV-nə istinadən xəbər verir ki, erməni nazir səfər zamanı fevralın son günlərində baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb.
Erməni KİV-i xəbər verir ki, Nalbandyan separatçı “DQR” in “prezidenti” Bako Saakyanla Xankəndi şəhərində görüşüb.
Məlumata əsasən, Nalbandyan və Bako Saakyan regional məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son durumu müzakirə ediblər.
VOİCEPRESS.AZ