Mehriban Əliyeva işgüzar, təcrübəli, prinsipal bir adamdır

7 Mart, 14:00

“Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq”.

VOİCEPRESS-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün parlamentin iclasında deyib.
Z.Əsgərov tam əminliklə bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adamdır.

“Bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biri – humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here