“Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib”

13 Mart, 22:16

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.

VOİCEPRESS xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here