Jirinovskidən təklif: “Volqoqradı Stalinqrad edək”

22 Mart, 14:28

Rusiya Liberal Demokrat Partiyası (RLDP) Volqoqrad şəhərinin Stalinqrad adlandırılmasını növbəti dəfə təklif edib.

VOİCEPRESS xəbər verir ki, Dövlət Dumasında liberal-demokratlar fraksiyasının mətbuat xidmətinin yaydığı press-relizdə deyilir:

“RLDP-nin sədri Vladimir Jirinovski hesab edir ki, Rusiyada tarix və nəsillərə varislik olmalıdır. Bununla əlaqədar olaraq, o, Volqoqrada əvvəlki adını qaytarmağı – şəhərin Stalinqrad adlandırılmasını, eləcə də Moskva-Stalinqrad sürət qatarının istifadəyə verilməsini təklif edir”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov da həmin ideyanı dəstəklədiyini bəyan etmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here