“Hollandiya və Almaniya cəzalandırılmalıdır”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropaya yönəlik sərt tənqidlərini dəstəkləyib.
VOİCEPRESS-in “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Jirinovski deyib ki,: “Ərdoğan haqlıdır. Hollandiya və Almaniya cəzalandırılmalıdır”.
Dumada çıxış edən Jirinovski belə deyib: “Onlar bizim millət vəkillərimizə də viza vermirlər, bu nə rəzalətdır! Ölkələrinin qapılarını bağladılar! Nasist Almaniyasında isə qapılar açıqdı. Amma onlar kimin gəlib-gəlməyəcəyini diktə edirlər. Bu yaxınlarda Almaniya, iki deputatımıza viza verməyi rədd edib. Onları həqiqətən cəzalandırmaq lazımdır”.
Vladimir Jirinovski Türkiyə-Avropa Birliyi münasibətlərinə də toxunub: “Ərdoğanın tərəfindəyəm. Ərdoğan Suriyalı qaçqınları ölkəsindən çıxarmaq haqqına da sahibdir. Getsinlər istədikləri ölkələrə, Almaniya, Hollandiya, Fransaya. Üstəlik, Avropa Birliyi Türkiyəni aldadır, pul da vermir”.

VOİCEPRESS.AZ