“Əlbəttə, bu ağılsız ifadələrdir”
Hollandiya hökümətindən türk rəsmilərinə cavab gəlib.
VOİCEPRESS istipress.com-a istinadən bildirir ki, Hollandiyanın baş naziri Mark Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onları “faşıst” adlandırmasına qəzəblənib.
“Anlayıram ki, onlar əsəbiləşiblər, lakin o, əlbəttə ki, bütün hədləri aşır. O ağılsızdır”.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsi Hollandiyaya buraxılmayandan sonra Ərdoğan çıxışında hollandiyalıları “faşist” adlandırmışdı.
VOİCEPRESS.AZ







