Gürcüstan gimnastı: “Bakıdakı Dünya Kubokunda zalın tərtibatı çox gözəldir”

16 Mart, 18:45

“Bakıdakı Dünya Kubokunda yarışların keçirildiyi zalın tərtibatı çox gözəldir”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanı Bakıda keçirilən idman gimasntikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Konstantin Kuzovkov deyib.

İdmançı deyib: “Mən belə böyük yarışda ilk dəfə iştirak edirəm. Hər şey çox xoşuma gəlir. Yarışların keçirildyi zal çox gözəldir”.

Gürcüstan gimnastı həmçinin Dünya Kuboku yarışlarının təşkilatçılığını da yükək qiymətləndirib: “Hər bir ölkənin nümayəndə heyətinə ayrıca bir nəfər ayrılıb ki, hər şeyi başa salır, istiqamətləndirir”.

Gimnast əlavə edib ki, öz çıxışını yıxılmadan yerinə yetirsə də, nəticələrindən elə də razı qalmayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here