GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatına üzv ölkələrin hökumət başçıları martın 27-də Kiyevdə görüşəcəklər.
VOİCEPRESS xəbər verir ki, təşkilatdan verilən məlumata görə, tədbir çərçivəsində sahibkarların iştirakı ilə biznes-forum da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşünün ötən il dekabrın 5-də keçirilməsi planlaşdırılsa da, nümayəndələrin gərgin iş qrafiki ilə əlaqədar görüş əvvəlcə fevral, daha sonra mart ayına keçirilib.
VOİCEPRESS.AZ







