Ermənistandakı rus əsgərlərinə döyüş hazırlığı əmri verildi

1 Mart, 12:33

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri əraziyə çıxarılıb

Rusiyanın Ermənistandakı bazasının bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb və “Kamhud” və “Alagöz” yüksək dağ poliqonlarına çıxıb.

VOİCEPRESSin məlumatına görə, bu barədə RİA Novosti agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumata görə, Rusiyanın Ermənistanda yerləşən bölmələrinə həyəcan siqnalının verilməsinin məqsədi hərbçilərin planlı döyüş yoxlamasını həyata keçirməkdir.

“Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarının qarşısını almaq, qarla örtülmüş çətin keçilən, zəhərli maddələrin, daş uçqunlarının və şərti diversiya-kəşfiyyat qruplarının dəf edilməsi yoxlanılır”, – məlumatda qeyd olunur.

Hava Hücumundan Müdafiə (HHM) bölmələri hava məkanını qorumaq üçün Rusiyanın Erebunidəki aviabazasının Buk M1-2, S-300V kompleksləri, MiQ-29 qırıcıları, Mi-8Mt, Mi-24p tipli helikopterlərdən istifadə edir.

Hərbi mühəndislər isə mina hasarlarının quraşdırılması və möhkəmləndirilməsi istiqamətində işlər görəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here