“Ermənistan silahlı münaqişənin siyasi həllində maraqlı deyil”

3 Mart, 15:58

“Ermənistan Silahlı Qüvvələrinin fevralın 26-da təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini ağır texnikadan atəşə tutması ilə bağlı təxribat təsadüfi akt kimi qiymətləndirilməməlidir”.

VOİCEPRESS apa
-ya istyinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasının iclasına təmas xəttində baş verən gərginliklə bağlı müraciətində deyilir. Qeyd olunur ki, bu hadisə Ermənistan rejiminin geniş siyasətinin tərkib hissəsidir və hücumun əsas məqsədi münaqişənin siyasi yolla həlli səylərinə zərər vermək üçün ərazidə gərgin vəziyyət yaratmaqdır.

Bəyanatda Dağlıq Qarabağda keçirilən qondarma referenduma da münasibət bildirilib: “İctimai qınaq və işğal edilmiş Azərbaycan ərazilərində qondarma “referendum”un bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunmamasına baxmayaraq, Ermənistan rəhbərliyi bu qeyri-legitim təşəbbüsü həyata keçirdi. Bu kimi təxribatçı addım açıq şəkildə onu göstərir ki, Ermənistan silahlı münaqişənin siyasi həllində maraqlı deyil. Son aylarda Ermənistan rəhbərliyi ölkədə belə bir fikir yaratmağa çalışır ki, aprel müharibəsi zamanı itirilmiş mövqelər geri qaytarılacaq. Bu kimi qəbuledilməz fəaliyyətlər dayandırılmalıdır. Bu vəziyyətin uzadılması münaqişənin gərginləşməsinə və sülh prosesinin iflasına səbəb ola bilər. Azərbaycan ATƏT üzvlərini və ATƏT-in Minsk qrupunu siyasi həll prosesini təhlükə altına alması ilə bağlı Ermənistana təzyiq göstərməyə və təxirə salmadan onu substantiv danışıqlara cəlb etməyə çağırır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here