Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə martın 6-7-də Moskvaya rəsmi səfər edəcək.
VOİCEPRESS-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar həyata keçirilir.
XİN rəsmisi qeyd edib ki, E.Məmmədyarov səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri ilə görüşəcək. Bundan başqa Rusiya baş nazirinin müavini Dmitri Roqozin və Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşlər planlaşdırılır.
E.Məmmədyarovun Rusiya XİN nəzdindəki Diplomatiya akademiyasında çıxış edəcəyi də gözlənilir.
VOİCEPRESS.AZ