Dindarları daşıyan avtobuslar PARTLADILDI: 40 nəfər öldü

11 Mart, 19:47

Suriyanın paytaxtı Dəməşq şəhərində dindarları daşıyan avtobuslarda partlayış törədilib.

VOİCEPRESS apa-ya istinadən verdiyi xəbərə görə, iki partlayış nəticəsində azı 40 nəfərin öldüyü, 120-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə Dəməşqin Bab Musələ bölgəsində yerləşən Bab-əs Səqir məzarlığı yaxınlığında törədilib.

İçərisində dindarların olduğu avtobuslar məzarlığın yanından keçərkən yolun kənarında quraşdırılan partlayıcı qurğular işə düşüb. Ölənlərin böyük əksəriyyəti şiə təriqətinə mənsub İraq vətəndaşıdır.

Bab-əs Səqir məzarlığında Kərbəla döyüşündə iştirak edənlərin qalıqları basdırıldığından bu məkan şiə müsəlmanların ziyarətgah yeri sayılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here