Buraxılış imtahanlarının nəticələri açıqlandı

14 Mart, 13:13

Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb.

VOİCEPRESS xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən report-a verilən məlumata görə, mərkəzin martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here