Bu qidaları səhər yeməyində yemək qətiyyən olmaz

0
313664

Biz reklam əsrində yaşayırıq. İnsanları əksəriyyəti isə reklamlarda gördüyü qidaları alır və onun orqanizmə necə təsir etdiyi barədə heç düşünmür. Təbii qidaların insan orqanizminə faydası çoxdur.Amma, bəzi qida vasitələri vardır ki, onlardan tez-tez istifadə edildikdə orqanizmə fəydasından çox zərəri dəyir. Mütəxəssislər aşağıdakı qidaların səhər yeməyində tez-tez yeməyin orqanizm üçün zərərli olduğunu qeyd edirlər. Bu qidalara aşağıdakılar aiddir:

Tez bişən şorbalar

VOİCEPRESS immunitet.az-a istinadən bildirir ki, səhər yeməyində şorba yemək orqanizm üçün çox faydalıdır. Hazır satılan və tez bişən şorbaların tərkibində qida qatıları olduğu üçün mütəxəssislər bu qidada tez-tez və səhər yeməyində yeyilməsini msləhət bilmir. Bu şorba paketlərinin içində olan xırda paketlərdəki duru yağları isə vaxtının nə zaman bitdiyi məlum deyil.Bu şorbalar orqanizm üçün əsl təhlükə mənbyidir.

Quru meyvələr

Mütəxəssislər səhər yeməyi zamanı qoz, fındıq, günəbaxan tumu, quru meyvələr yeməyi məsləhət bilmir. Marketlərdə satılan giləmeyvə qurularının da səhərlər yeyilməyi məsləhət bilimir. Çünki, onların qurudulması zamanı sintetik aramatizatorlardan istifadə edilir.

Konditer məhsulları

Marketlərdə satılan hazır şirniyyatların səhər yeməyi zamanı qəbulunu da mütəxəssislər məsləhət bilmirlər. Belə şirniyyatların hazırlanmasında istifadə edilən piylərin, süni yağlarlın bağırsaqlarıda gec sorulması və onların tərkibi orqanizm üçün çox zərərlidir Bu səbəbdən də səhərlər belə şirniyyatların qəbulu məqsədə uyöğun sayılmır.

Tez hazırlanan səhər yeməkləri

Mütəxəssislər marketlərdə hazır satılan səhər yeməklərinin insan orqanzmi üçün zərərli olduğunu söyləyirlər.Qısa müddət ərzində südə qatılıb hazırlanan və yeyilən qidaların səhər yeməyində yeyilməsi məqsədəuyğun sayılmır. Ən çox da belə qidaların qəbulu uşaqlar üçün çox zərərlidir. Çünki, bu qidaların tərkibində vitaminlərin və mikroelementlərin çox olmasına baxmayaraq onların orqanizmə xeyrindən çox zərəri var.

Parlaq paketlərdə qablaşdırılan qidalar

Mütəxəssislər parlaq paketlərqə qablaşdırılan bütün qidaların insana zərərli olduğunu qeyd edir. Gün şüasını keçirmyən bu paketlərdə qablaşdırılan qidalar uzun müddət xarab olmur. Bunun səbəbi isə həmin paketlər və içərisindəki qidalara qatılan konservantlar,dadlandırıcılar, konservantlar və müxtəlif süni qida əlavələridir.

Hisə verilmiş qidalar

Mütəxəssislər səhər yeməyində hisə verilmiş qidaladan istifadə etməyi məsləhət bilmir. Onların tərkibində karbohidratların , enerjinin dəyəri yüksək olduğu üçün, tərkibində piylərdən istifadə edildiyinə görə acaqarına yeyildikdə bağırsaqlardan sorulması çətinləşir.

Hazır satılan şirələr

Marketlərdə satılan şirələr müxtəlif texnoloji işləmələrdən keçir və xarab olmamaları üçün onlara müxtəlif qatqılar əlavə edilir. Bu qatıqılara təbii(şəkər tozu, limon turşusu) və süni(konservantlar,aramatizatorlar) aiddir. Mütəxəssilər bu cür şirələrin qəbulundansa təzə sıxılmış meyvə şirəsini içməyi daha münasib bilirlər.

Fastfud

Mütəxəssislər səhər yeməyində ayaqüstü qidaların qəbulunu məsləhət bilmirlər. Tezbazar hazırlanan ayaqüstü qidaların qəbulu insan orqanizmi üçün çox zərərli olduğunu hamı bilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here