Bu layihə Azərbaycana 123 milyard dollar qazandırdı

3 Mart, 20:59

2001-ci ilin əvvəlindən 2017-ci il martın 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun hasilat layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna 123,1 milyard dollar vəsait daxil olub.

VOİCEPRESS bildirir ki, bu barədə özəl olaraq Trend-ə fonddan məlumat verilib.

Məlumatda qeyd olunur ki, 2017-ci ilin yanvar-fevral aylarında Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here