VOİCEPRESS xəbər verir ki, “Karabağ hikayeleri”inin təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva “Karabağ hikayeleri”i kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər.
Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışaran millət vəkili Q. Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi dünyanın hər yerində yaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş yaymalı, işğalçıların layiq olduğu cavabı alması üçün daha çox çalışmalıdırlar deyib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü insanları hədəfə almaları, qətlə yeitrmələri, yaralamaları, evlərini dağıtmaları barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva “bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xas addımlardır, amma Azərbaycan və ordumuz artıq 20 il əvvəlki Azərbaycan və ordu deyil, işğalçılar layiq olduqları cavabı alacaqlar” deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb. Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.
VOİCEPRESS.AZ