“Biz Azərbaycandan ikiqat səviyyəli komandayıq”

27 Mart, 10:00

Biz Azərbaycandan ikiqat səviyyəli komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi.
VOİCEPRESS xəbər verir ki, bunu Almaniya yığmasının müdafiəçisi Mats Hummels deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Bundestim 4:1 hesablı qələbə qazanaraq, qrupda yoluna itkisiz davam edib.

Yerli mətbuata açıqlamasında görüşü dəyərləndirən Hummels oyunlarından çox da məmnun olmadığını söyləyib: “Səviyyə baxımından onları qabaqlayırdıq. Rəqib də pis təsir bağışlamadı. Açığı, tam istədiyimiz oyunu sərgiləyə bilmədik. Düzünü demək lazımdısa, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanmağımıza yardım etdi”.

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla liderliyini davam etdirirsə, Azərbaycan millisi aktivindəki 7 xalla turnir cədvəlinin 4-cü pilləsinə düşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here