Azərbaycanda bananın qiymətində kəskin artım müşahidə olunub.
VOİCEPRESS xəbər verir ki, bu gün Bakının mağaza və marketlər şəbəkələrində bananın 1 kiloqramının qiyməti 4.50 manata qaldırılıb. Satıcılar bunun səbəbini bananın qiymətinin topdansatış mərkəzlərində artması ilə əlaqələndirirlər.
Satıcılar bildirib ki, topdansatış mərkəzlərində bananın kiloqramı 4 manata satlır.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ