Bakıda 4 uşaq atası bulvarda intihar etdi – Xilas olmaq üçün ona atılan ipdən imtina etdi

0
313989

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 39 yaşlı Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.

VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.
K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.

Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here