Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 21 yaralı var -Yenilənib

9 Mart, 11:16

[b
11:16
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın VOİCEPRESS-ə verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.[/b]

Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


10:12
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın VOİCEPRESS-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.


09:36
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

VOİCEPRESS xəbər verir ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış “Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here