Bakı metrosunda HƏYƏCAN – YENİLƏNİB

0
313844

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti martın 15-i axşam saatlarında metro tunelində baş vermiş tüstülənmənin səbəbini açıqlayıb.

VOİCEPRESS xəbər verir ki, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, təxminən saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib: “Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib”.

Nəsimi Paşayev əlavə edib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. O, deyib ki, sərnişinlərin sağlamlığı üçün heş bir təhlükə yaranmayıb, yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Metropoliten rəsmisi deyib ki, hazırda metro normal rejimdə çalışır.

21:40

Bakı Metropoliteninin “28 may” “Gənclik” stansiyaları arasında baş verən tüstüləmə aradan qaldırılıb.

VOİCEPRESS bildirir ki, bu barədə trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Cəfərli məlumat verib. Onun sözlərinə görə, hadisə tuneldə kaneldə baş verən tüstüləmə nəticəsində baş verib. Metropoliten əməkdaşlarının səyi nəticəsində tüstüləmə başverən ərazi müəyyən edilib və problem aradan qaldırılıb.

Hazırda qatarlar qrafiklə hərəkətini davam etdirir: “Hadisə nəticəsində xəsarət alan olmayıb. Sadəcə, hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi və Təcili Tibbi Yradım Xidmətinin əməkdaşları cəlb edilib ki, hadisə nəticəsində özünü pis hiss edən sərnişin olarsa yardım olunsun”.

20:28

Bakıda metroda tuneldə tüstülənmə olub.

VOİCEPRESS bildirir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə “28 may” “Gənclik” stansiyaları arasındakı tuneldə baş verib: “Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here