Astarada TƏHLÜKƏLİ VƏZİYYƏT: yol çökdü

6 Mart, 13:55

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, yolda son vaxtlar tez-tez çökmə və sürüşmə baş verir.

Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba və Vənəşekəş kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən 3 metrə qədər çöküb, dərəyə doğru sürüşmə böyük bir ərazini əhatə edir. Yolda elə ərazilər var ki, avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüz olur.

Sürüşmə sitrus bağlarına da ciddi ziyan vurub. Dağın yamacında əkilən yüzlərlə naringi ağacı torpaq altında qalıb. Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov bildirib ki, aidiyyəti qurumlar əraziyə baxış keçirib.

Qeyd edək ki, Deqədi-Pəlikeş yolundan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here