Almaniyadan Türkiyəyə EMBARQO

22 Mart, 12:12

Almaniyanın Türkiyə silah embarqosu qoyduğu üzə çıxıb.
VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyədəki hərbi çevriliş cəhdindən sonra Almaniya hökuməti ölkəyə silah göndərilməsinə razılıq verməyib. Məlumata görə, qarşı tərəfin istəyi 11 dəfə rədd edilib.

“Süddeutschen Zeitung” qəzetində yer alan xəbərə görə, Almaniya Türkiyənin silahlardan ölkə daxilində təzyiq ünsürü kimi istifadə edəcəyindən narahat olub və satışa icazə verməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here