Almaniya millisi Bakıda

0
313798

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb.

Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları “Boulvared Hotel”ə yollanıblar.

Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here