ABŞ-da yük qatarı aşıb

11 Mart, 08:28

ABŞ-ın Ayova ştatında etil spirti daşıyan yük qatarı aşıb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, insident De-Moyn çayı yaxınlığında qeydə alınıb.

Qəzadan sonra bir neçə sistern alışaraq yanıb. Hadisə nəticəsində zərərçəkən olmayıb, maşinistlər vaxtında qatarı tərk edə bilib. Qəzanın səbəbləri barədə məlumat verilmir. Hazırda mütəxəssislər ərazidə ekoloji vəziyyəti yoxlayır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here