Velosipeddə yeni sürət rekordu vurulub.
VOİCEPRESS ABC-yə istinadən bildirir ki, adrenalin narkomanı kimi tanınan avstriyalı idmançı Markus Ştökl velosipedi 167,6 km/saat sürətlə sürüb.
Rekord Çilidəki Atakama səhrasında qeydə alınıb.
45 dərəcəli bucaq altında təpədən aşağı enən Ştökl 650 metrlik yolu 20 saniyəyə başa vurub. Bu zaman o, rekord sürətə cəmi 11 saniyədə nail olub.
Başında xüsusi hazırlanmış şlem, əynində qoruyucu kostyum olan Ştökl yeni rekorda hazırlaşdığını deyib.
VOİCEPRESS.AZ