Xarici səfirlər Şəki və Qaxa gedirlər

20 Fevral, 16:47

Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevral tarixlərində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.
Bu haqda VOİCEPRESS-ə XİN-dən bildirilib.
Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here