Cütlük 45 illik birgə ailə həyatından sonra boşanmaq qərarı verib
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Almaniyanın “Der Spiegel” qəzetinə müsahibəsində arvadı Lyudmila ilə boşandığını bildirib.
VOİCEPRESS-in məlumatına görə, cütlük 45 illik birgə ailə həyatından sonra boşanmaq qərarı verib. 2014-cü ilin fevralı devrilmiş prezident hal-hazırda keçmiş aşpazının bacısı ilə yaşayır. Yanukoviç həmin qadınla bir yerdə Ukraynadan Rusiyaya qaçmışdı. Sabiq prezident iddia edir ki, maliyyə məsələsində ona oğlu Aleksandr dəstək verir.
VOİCEPRESS.AZ