“BMT-yə üzv ölkələrin ərazi bütövlüyü təşkilatın fundamental prinsiplərindən biridir”.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Qutyerreş İtaliya KİV-in Krımın Rusiyaya birləşdirilməsinə dair sualını cavablandırırkən deyib.
“Məlumdur ki, bir neçə əsas prinsip var. Onlardan biri üzv ölkələrin ərazi bütövlüyüdür. Bu prinsip hələ işləkdir və mən ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu prinsipləri qəbul edə biləcək”, – deyə BMT baş katibi bildirib.
VOİCEPRESS.AZ