Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsi və şaxələndirilməsi çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
VOİCEPRESS-in məlumatına görə, bunu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatında Aİ sədri Donald Tusk deyib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan yaxın illərdə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir:
“Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsinə necə təsir göstərəcəyini müzakirə etdik. Azərbaycan üçün Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların davam etdirilməsi bizim iqtisadi inteqrasiyamızı stimullaşdıracaq rəqabət biznes mühitinin yaranmasına kömək edir”.
Aİ Şurasının rəhbəri həmçinin qeyd edib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər:
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu məsələ yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi yolla həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsində status-kvo qeyri-sabitdir. Aİ ATƏT-in Minsk qrupu üzvlərinin təkliflərini və vasitəçilik səylərini tam dəstəkləməkdə davam edir”.
D.Tuskun sözlərinə görə, Aİ və Azərbaycanın münasibətləri təkcə energetika və ticarətlə məhdudlaşmır:
“Biz münasibətlərimizi daha da yaxşılaşdırmaq və ikitərəfli sazişin bütün imkanlarından istifadə etmək istəyirik. Mən məmnuniyyətlə elan edirəm ki, sabah yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar başlayacaq. Bu yeni saziş bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları əsas götürərək əlaqələrimizi genişləndirməyə imkan verəcək”.
VOİCEPRESS.AZ