Türkmənistan prezident seçir-YENİLƏNİB

0
314135

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində 4 saat ərzində seçicilərin 51 faizindən çoxu səs verib.


VOİCEPRESS-in məlumatına görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 11.00-a (Bakı vaxtı ilə saat 10.00) seçici fəallığının 51,45 faiz olduğunu açıqlayıb. Bu müddət ərzində 3,2 milyon seçicidən 1 milyon 662 seçici səs verib

09:06

Türkmənistanda bu gün yerli vaxtla saat 07:00-da prezident seçkiləri başlayıb.

VOİCEPRESS-in məlumatına görə, səsvermə 19 saat davam edəcək. Seçkilərdə və referendumda 18 yaşdan yuxarı Türkmənistan vətəndaşları iştirak edə bilərlər.

Seçkilərdə səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır.

Dövlət başçısı yeddi il müddətinə seçilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here