Türkiyədə terror aktı: 2 ölü, 18 yaralı -Yenilənib

18 Fevral, 08:23

Türkiyənin Şanlıurfa vilayətində baş vermiş partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, 18 nəfər isə xəsarət alıb. Bu barədə VOİCEPRESS Milliyət qəzetinə istinadən xəbər verir.

22:40

Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

VOİCEPRESS-in məlumatına görə, partlayış hakim və vəkillərin qaldığı yaşayış korpusunun yaxınlığında qeydə alınıb.

Şanlıurfa valisi Güngör Azim Tuna hadisə nəticəsində 3 yaşlı uşağın öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here