Tramp ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bildirib

24 Fevral, 08:42

ABŞ prezidenti Donald Tramp Rusiya ilə “СНВ-III” nüvə daşıyıcılarının və başlıqlarının qarşılıqlı azaldılması barədə müqaviləni “birtərəfli” adlandırıb və ABŞ-ın nüvə arsenalının genişləndirilməsini vəd edib.

VOİCEPRESS-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Tramp bu müqaviləni dəstəkləmir və nüvə arsenalını genişləndirmək istəyir ki, ABŞ bu sahədə “rəqabət zirvəsində olsun”.

Qeyd edək ki, “СНВ-III” müqaviləsi Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanıb və 2011-ci ildə qüvvəyə minib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here