Səfir: Qətər 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini yüksək qiymətləndirir

0
313880

VOİCEPRESS Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainin trend-ə müsahibəsini təqdim edir:

– İki ölkə arasında hazırkı əlaqələrin səviyyəsini və gələcək perspektivlərini necə dəyərləndirirsiniz?

– Ötən müddət ərzində Qətər Dövləti və Azərbaycan Respublikası arasında əlaqələr əhəmiyyətli şəkildə inkişaf edib, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Taninin 30-31 yanvar 2017-ci il tarixlərində Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə təkan verib. Həmin səfər zamanı Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci toplantısının protokolu imzalanıb və bu səfər iki dost ölkəni birləşdirən qarşılıqlı hörmətə, dostluğa, ikitərəfli əməkdaşlığı genişləndirmək istəyinə əsaslanan əlaqələrə özünəməxsus bir təkan verərək iki ölkə arasında ticarət mübadiləsi və investisiyalar üçün geniş imkanlar açıb.

– İki ölkə arasında hazırkı iqtisadi və siyasi əlaqələrin səviyyəsini və gələcək perspektivlərini necə dəyərləndirirsiniz? Azərbaycan və Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası hansı əhəmiyyəti kəsb edir?

– Qətər və Azərbaycan arasında əlaqələr özəl və xüsusi əlaqələrdir. Qeyd etməliyik ki, iki ölkə rəhbərləri arasında olan dostluq münasibətləri qardaşlıq əlaqələri səviyyəsindədir və bu əlaqələr son zamanlarda yüksələn xətlə inkişaf edib. İki ölkə arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında sazişin imzalanması iqtisadi və investiya sahələrində əməkdaşlığın iki ökə arasında siyasi sahədə özəlliyi ilə seçilən əlaqələrin səviyyəsinə çatması üçün güclü əsas oldu. Komissiyanın birinci toplantısı iqtisadiyyat və investisiya sahələrində əməkdaşlıqda yeni səhifə açdı və kənd təsərrüfatı, turizm, tikinti sahələrində çoxlu imkanlar olduğu bir şəraitdə iki dost ölkə arasında strateji tərəfdaşlığa nail olmaq üçün mühüm bir addım oldu.

– İki ölkə arasında qarşılıqlı investisiya üçün hansı perspektivlər var?

– Hazırda iki ölkə arasındakı iqtisadi və ticari əməkdaşlığın səviyyəsi hər iki tərəfdə olan böyük imkanlara və hüquqi bazaya rəğmən özünəməxsusluğu ilə seçilən siyasi əlaqələrin səviyyəsi ilə uzlaşmır. Əminəm ki, ən yaxın zamanda iqtisadiyyat və investisiyalar sahələrində əməkdaşlıqda böyük inkişafın şahidi olacağıq ki, bu da hər iki tərəfə fayda gətirəcək. Birgə investisiya fondunun yaradılması iki ölkənin rəhbərləri arasındakı özünəməxsusluğu ilə seçilən siyasi əlaqələrə paralel olaraq iqtisadiyyat və investisiyalar sahəsindəki əlaqələrə güclü təkan vermək üçün bir addım olacaq.

– Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması və Azərbaycanın bölgədəki rolu Qətər üçün hansı əhəmiyyəti kəsb edir?

– Qətər Dövləti 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini yüksək qiymətləndirir və biz Azərbaycanın İslam dünyası və irsinə bağlılığını göstərən İslam Həmrəyliyi Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etməsini arzulayırıq. Azərbaycan Avropa və Asiya, eyni zamanda İslam və xristianlıq arasında körpü, enerji mənbəyi, strateji Cənubi Qafqaz regionunda əhəmiyyətli bir dəhliz rolunu oynayır, Şərq və Qərb arasında ticarət və enerji marşrutlarının kəsişdiyi regionda yerləşir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here