Səfir: “Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən faydalana bilər”

6 Fevral, 18:24

“Hazırlıq mərhələsində olan Çin-Pakistan iqtisadi dəhlizi Azərbaycan üçün də səmərəli ola bilər”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Bakıdakı səfiri Səid xan Möhmənd jurnalistlərə deyib.

Onun sözlərinə görə, dəhliz Çin, Pakistan və Orta Asiyanı birləşdirəcək, eləcə də Azərbaycana toxunacaq.

Səfir qeyd edib ki, bu dəhliz yüklərin daşınması məsafəsini 14 min kilometr azaldacaq. Bu dəhliz vasitəsilə 300-400 milyon ton yükün nəql olunacağı gözlənilir.

Qeyd edək ki, Çin-Pakistan iqtisadi dəhlizi Çin tərəfindən maliyyələşdirilən layihədir. Bu layihənin dəyəri 45 milyard dollar təşkil edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here