Mehriban Əliyeva dünyanın nəinki ən gözəl birinci xanımıdır, həmçinin təcrübəli və güclü idarəçidir.
VOİCEPRESS-in məlumtına görə, bunu “Vestnik Kavkaza” saytına müsahibəsində rejissor və teleaparıcı Yuli Qusman, politoloq Alan Kasayev və “Art muzey multimeida” mərkəzinin direktoru Olqa Sviblov deyib.
Y.Qusman bildirib ki, M.Əliyeva bu vəzifəyə təyin olunana qədər o, dünyada istedadlı siyasətçi və dünya miqyaslı mədəni layihələrin reallaşdırılması istiqamətində gücünü ortaya qoyan təşkilatçı kimi tanınır.
“Mehriban xanım, dünyanın ən gözəl birinci xanımıdır. Amma o, sadəcə ölkəsinə, prezidentinə şərəf verən birinci xanım deyil, eyni zamanda istedadlı, güclü əsl idarəçidir. Əminəm ki, Rusiya belə intelligent, gözəl təhsilli, yüksək mədəni keyfiyyətlərə malik qadının vitse-prezidenet olmasını dəstəkləyir. Bu, iki ölkə arasınd əlaqələri gücləndirəcək”, – Y.Qusman bildirib
Alan Kasayev isə deyib ki, Mehriban Əliyevanın səyləri nəticəsinə Rusiya-Azərbaycan arasında mədəni və humanitar sahədə münasiətlər dərinləşəcək.
“Mənə elə gəlir ki, indi biz kifayət qədər iki ölkə arasındakı mədəni əlaqələrdəki fəalıqdan, inkişafından danışa bilərik. Bbundan başqa, Mehriban Əliyeva sadə insanların həyat tərzinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görür. O, eyni zamanda Bakı şəhərinin daha da müasir görünməsi üçün əlindən gələni edir”, – deyə politoloq bildirib.
Olqa Sviblov isə deyib ki, vitse-prezident vəzifəsinə qadının təyin edilməsi çox müsbət qərardır.
“Bu, müdrikliyin, qaın səbriin və mehribançılığın başlanğıcıdır. Mehriban Əliyevadan heyrətlənməmək mümkün deyil”, – deyə O.Sviblav bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Həmin gün İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev birinci vitse-prezident Mehriban xanım Əliyevanı təqdim edib.
VOİCEPRESS.AZ