Rusiyanın Komi Respublikasında yerli universitet tələbələrini İŞİD-ə cəlb edən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.
VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, Ramil Mirzəmov 2013-2014-cü illər ərzində İŞİD leyhinə təbliğat aparıb və 4 yerli tələbənin İŞİD-ə qoşularaq Suriyada döyüşməsinə səbəb olub.
Beynəlxalq axtarışa verilmiş Mirzəmov ötən il Dağıstanda yaxalanmışdı.
VOİCEPRESS.AZ