Britaniyanın Kral Hərbi-Hava Qüvvələrinin (RAF) “Typhoon” qırıcıları Rusiyanın Hava-Kosmik Qüvvələrinin Tu-160 strateji bombardmançılarını müşayiət ediblər.
VOİCEPRESS The Guardian-a istinadən bildirir ki, qırıcılar Şotlandiyadakı Lossimut və Linkolnşir qraflığındakı Köninqsbi aviabazalarından səmaya qalxmışdılar.
Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın bombardmançı təyyarələrinin “potensial təhlükə zonası”nda olduğunu bəyan edib.
Rusiyanın Müdafiə Nazirliyi isə bu ittihamları rədd edərək bildirib ki, Tu-160 bombardmançılarının uçuşu beynəlxalq qaydalara uyğun olub. Uçuş marşrutu Barens və Norveç dənizlərində, habelə Atlantik okeanında neytral sular üzərindən keçib.
VOİCEPRESS.AZ