“İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir”

0
313964

Moskva İranın əsassız olaraq anti-terror koalisiyasından silinməsini praqmatik hesab etmir, şübhələri konkret faktlar ilə sübut etmək lazımdır.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalında efirə gedən “Həftənin yekunları” proqramına müsahibəsində bildirib.

“Əgər ABŞ prezidenti Donald Tramp üçün beynəlxalq arenada terrorçuluqla mübarizə əsas prioritetdirsə, o zaman etiraf etmək lazımdır ki, belə desək, Suriyada İŞİD-ə qarşı hər şeydən əvvəl Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu, eyni zamanda müəyyən dəstələr, o cümlədən İranın dəstəyinə arxalanan “Hizbullah” təşkilatı mübarizə aparır. Burada prioritetlər arasında seçim etmək lazım gələcək”, – Lavrov söyləyib.

“Ona görə biz konkret faktların təqdim olunmasını istəyirik, həmçinin İran və ya digər ölkə ilə bağlı…əgər şübhə varsa, o zaman gəlin onu nəzərdən keçirək, lakin əsassız olaraq İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir”, – Rusiyanın XİN rəhbəri əlavə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here