Milli komandamızın futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında “Zilina”nın heyətində debüt edib.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 21-ci turun “Zlate Moravse” ilə ev oyununda 76-cı dəqiqədə meydana daxil olub. Ramil sol cinah hücumçusu mövqeyində oynayıb. “Zilina” 0:1 hesabı ilə məğlub duruma düşsə də, 4 qol vuraraq, böyük hesabla qələbə qazanıb – 4:1.
Qeyd edək ki, “Jilina” 19 oyundan 47 xalla aşkar liderdir. Onun bugünkü rəqibi 16 xalla 10-cu pillədə qərarlaşıb.
VOİCEPRESS.AZ