Qənirə Paşayeva:”Mən qardaş Türkiyə dövlətinin daxili siyasəti ilə bağlı heç bir zaman açıqlama vermədim və bundan sonra da verməyəcəyəm”

15 Fevral, 17:58

Millət vəkili Qənirə Paşayevanın adından Tvitter üzərindən saxta bəyanat yayılıb.

VOİCEPRESS xəbər verir ki, Türkiyədə keçiriləcək referendumla bağlı Qənirə Paşayeva adından edilən saxtakarlığa millət vəkili sərt etiraz edib. Qənirə Paşayeva yaydığı müraciətdə bildirib:

“Əziz dostlar, “DW Azərbaycan” (dwazeri) adlı Tvitter səhifəsi mənim adımdan saxta bəyanat verərək, “Qənirə Paşayeva türk xalqı, millətin gələcəyi üçün yox deməli”, – yazılıb. Təəssüf ki, bu saxtakarlar tək deyil. Mənim adımdan belə saxta məlumatlar yayan insanlar var.

Qardaş Türkiyədən bəzi dostlar da mənimlə əlaqə saxladı. Onlara da bildirdim ki, mənim adımdan belə saxtakarlıq edənlərin hamısını pisləyirəm. Mənim belə bir bəyanatım olmayıb və bütün dostları bu saxtakarlara etirazlarını bildirməyə çağırıram. Mən qardaş Türkiyə dövlətinin daxili siyasəti ilə bağlı heç bir zaman açıqlama vermədim və bundan sonra da verməyəcəyəm.

Mən Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasının daha da möhkəmlənməsi üçün hər zaman çalışmışam və bundan sonra da çalışacağam. Hər bir türk dövlətinin daxili siyasəti ilə bağlı qərarı o ölkənin vətəndaşları verir və biz də hər zaman buna hörmət etməliyik”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here