Zeynalovlar ailəsi müvəqqəti qohumlarının evində məskunlaşmağa məcbur olub
Masallı rayonunun Qarğalıq kənd sakini, 52 yaşlı Zeynalov Taleh Möhübbət oğluna məxsus yaşayış evi güclü qar səbəbindən uçub. VOİCEPRESS xəbər verir ki, bu barədə istipress-in cənub bürosuna ailə sahibi özü məlumat verilib. Ev sahibi bildirib ki, 3 otaq, bir mətbəx və aynabənddən olan ev 1990-ci ildə inşa olunub. Hazırda qəzalı vəziyyətdə olan evdə yaşamaq mümkünsüz olduğundan .
Masallı rayon FHK-dan bildirildi ki, artıq komissiya üzvləri ərazidə olub, qəzalı evə baxış keçirilib və tərtib olunmuş akt respublika FHN-nə göndərilib. Komissiyadan o da bildirildi ki, evin yağan qara davam gətirməməsinin səbəbi tikinti normalarına əməl edilməməsi olub.
VOİCEPRESS.AZ