“Qalatasaray” vuran ayağını itirdi

15 Fevral, 15:21

“Qalatasaray”ın almaniyalı ulduzu, 1 iyun 2017-ci il tarixindən etibarən məşhur Yapon klubu “Vissel Kobe”nin formasını geyinəcək. VOİCEPRESS-in məlumatına görə, o, 15 milyon avro qarşılığında “Vissel Kobe” ilə 3 illik müqavilə imzalayıb. “Qalatasaray” rəhbərliyi bununla bağlı Yapon klubu ilə razılığa gəlib və transfer dəqiqləşib.

“Aslanlar” almaniyalı ulduzun gedişini mövsüm sonuna qədər qalması şərti ilə qəbul ediblər. Qeyd edək ki, Lukas Podolski “Qalatasaray”a 2015-ci ildə 2,5 milyon avro müqabilində “Arsenal”dan keçib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here