VOİCEPRESS xəbər verir ki, saziş 2016-cı il noyabrın 28-də Bakı şəhərində imzalanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərmək tapşırılıb.
Eyni zamanda dövlət başçısı Azərbaycan Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Anlaşma Memorandumu 2016-cı il oktyabrın 22-də Bakıda imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinə fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Venesuela Bolivar Respublikasının Hökumətinə bildiriş göndərməlidir.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarusun Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Protokol 2016-cı il noyabrın 28-də Bakıda imzalanıb.
Dövlət Gömrük Komitəsinə bu fərmanda hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Hökumətinə bildiriş göndərməlidir.
VOİCEPRESS.AZ