Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasında yüngül xəsarət alıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə “Rzecz Pospolita” qəzeti yazıb.
Məlumata görə, naməlum avtomobil hökumət kortejinin maşınlarının birinə çırpılıb. İçərisində Beata Şidlo olan digər avtomobil isə yolun kənarına çıxıb.
Yüngül xəsarət alan B.Şidlo xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
VOİCEPRESS.AZ