Nazirlik: Azərbaycanda talassemiya genini irsən alan xəstələrin sayı azalıb

16 Fevral, 14:51

Azərbaycanda nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

Ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçmiş, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib.

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here