VOİCEPRESS femida.az-a istinadən xəbər verir ki, jurnalistin “Əgər Rusiya bazarlarını Ermənistanın üzünə bağlasa, Ermənistan hansı çətinliklərlə qarşılaşar?” sualına nazir cavab verməkdə çətinlik çəkib. Nalbandyanın cavabı isə məntiqsiz və çox gülməli alınıb.
“Siz elə sual verirsiniz ki… Əgər Almaniya üçün bütün qonşuları bazarlarını bağlasa, nə olacaq? Siz bunu təsəvvür edə bilirsiniz? Əlbəttə, yox…”
Jurnalist erməni nazirin çaşqın vəziyyətdə qaldığını gördükdən sonra nazirə Rusiyanın Gürcüstan və Moldova ilə ticari əlaqələrinin kəsdiyini də xatırladıb.
Bundan sonra Nalbandyan deyib ki, Ermənistanın ticari əlaqələri birtərəfli deyil. O qeyd edib ki, Ermənistanın ticarət əlaqələrinin 3/1 hissəsini Avropa İttifaqı ilə həyata keçirilir.
Jurnalistin Qarabağla bağlı verdiyi sual xüsusilə erməni nazirin xoşuna gəlməyib. O hətta jurnalisti Azərbaycan tərəfinin sözünü deməkdə ittiham edib. Bu zaman Nalbandyanın üzündə olan narahatlıq da diqqətdən qaçmayıb.
“Görünür, siz bu müsahibəyə yaxşı hazırlaşmısınız. Amma Qarabağla bağlı sualda həqiqətdən kənara çıxdınız. Burada ərazi mübahisəsi yox, insan hüquqları məsələsindən söhbət gedir. Azərbaycan tərəfi isə bunu ərazi mübahisəsi kimi təqdim edir. Siz də sualınızı hazırlayarkən Azərbaycan tərəfinin mənbələrindən istifadə etmisiniz”, – deyə Nalbandyan bildirib.
Bundan sonra Nalbandyan suala ümumi cümlələrlə cavab verməyə çalışıb. Jurnalist isə ondan suala konkret cavab verməsini xahiş edib.
Daha sonra Nalbandyan Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən 5 şərtdən danışıb.
Qeyd olunan müsahibə sosial şəbəkələrdə paylaşılan zaman ermənilər özləri belə nazirlərinin suallara məntiqsiz və savadsız cavab verdiyini etiraf ediblər.
VOİCEPRESS.AZ